“Qarabağ”ın iki əsas oyunçusu sarı vərəqə alsa, pley-off-u buraxacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda bu gün "Liverpul"la qarşılaşacaq "Qarabağ"ın iki əsas futbolçusu Mateus Silva və Kevin Medina matçda sarı vərəqə almamalıdır.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu oyunçulardan hər hansı biri hakim tərəfindən cəzalandırılsa, pley-off matçını buraxmalı olacaq.

Medina və Silva "Liverpul"la matçda diqqətli olmaq məcburiyyətindədirlər.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı bu gecə saat 00:00-da başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31