Qurban Qurbanovdan Bəhlul barədə - “Maraqlananlar var”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ÇL-nin əsas mərhələsinin 7-ci turunda "Ayntraxt"la (3:2) matçda qələbə qolunu vuran Bəhlul Mustafazadənin klubdan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. 

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki,  təcrübəli mütəxəssis Bəhlulla maraqlanan klublar olduğunu deyib:

"Maraqlananlar var. Amma hələ ki, konkret qərar verilməyib".

Xatırladaq ki, müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər yayılmışdı. 

Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı deyilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31