“Ayntraxt”ı məğlub edən “Qarabağ” görün nə qədər qazandı
22 Yanvar 10:50 İdmanAzərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın qazancı artmaqda davam edir.
Olaylar.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 7 turdan sonra 10 xal toplayan Ağdam klubunun ümumilikdə qazancı 7,05 milyon avroya (təqribən 14 milyon manat) çatıb.
UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Heç-heçə isə 750 min avro dəyərindədir.
Qeyd edək ki, "Qarabağ" ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə 23,7 milyon avro (47,1 milyon manat) gəlir əldə edib. Ümumilikdə isə "Qarabağ"ın cari mövsümdəki gəliri təqribən 30,75 milyon avroya (61,11 milyon manat) çatıb. (Publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31