"Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı - start heyətlər
21:00 İdmanKomandaların start heyətləri açıqlanıb.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Ayntraxt": Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.
---------------
Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
Olaylar.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin VII turu çərçivəsində Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matçı İsveçrədən olan baş hakim Sandro Şerer idarə edəcək.
Hazırda "Qarabağ" turnir cədvəlində 7 xalla 25-ci pillədə, Frankfurt klubu isə 4 xalla 33-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, qarşılaşma hər iki komanda üçün turnir baxımından xüsusi əhəmiyyət daşıyır.