“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib
16:28 İdman"Ayntraxt Frankfurt" klubunun rəhbərliyi baş məşqçi Dino Topmölleri vəzifəsindən uzaqlaşdırıb.
AZƏRTAC xəbər veir ki, Bundesliqanın 18-ci turunda "Verder Bremen" ilə 3:3 hesablı heç-heçədən sonra klub rəhbərliyinin iclasında bu barədə qərar qəbul olunub. Baş məşqçinin vəzifəsindən uzaqlaşdırılmasına klubun son həftələrdə zəif çıxış etməsi səbəb olub.
Ötən mövsüm çempionatı üçüncü sırada başa vuran komanda 18 turdan sonra 27 xalla yeddinci sırada qərarlaşıb. Komanda 38 qol vurub və öz qapısından 39 top buraxıb.
Klub UEFA Çempionlar Liqasında da olduqca zəif çıxış edib. Yanvarın 21-də Bakıda "Qarabağ"ın qonağı olacaq "Ayntraxt" indiyədək keçirdiyi altı görüşün dördündə məğlub olub, bir qələbə qazanıb və bir heç-heçə edib. Klub 36 komanda arasında 30-cı sırada qərarlaşıb.
Xatırladaq ki, D.Topmöller baş məşqçi vəzifəsində 2023-cü ilin iyulunda Oliver Qlasneri əvəzləyib.