Bu gün futbol üzrə Afrika Millətlər Kubokuna yekun vurulacaq

Yanvarın 18-də futbol üzrə Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək həlledici görüşdə meydan sahibi Mərakeşlə Seneqal yığmaları üz-üzə gələcək.

Qeyd edək ki, dünən keçirilən oyunda Misir kollektivini penaltilər seriyasında məğlub edən Nigeriya millisi turniri üçüncü pillədə başa vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31