"Real" qalib gəldi, Arda oyunun ən yaxşısı seçildi
19:56 İdmanİspaniya La Liqasının 20-ci turunda "Real Madrid" "Levante"ni qəbul edib.
Olaylar.az xəbər verir ki, Kral klubunun yeni baş məşqçisi Alvaro Arbeloa üçün ölkə çempionatındakı debüt matçı uğurlu olub.
Meydan sahiblərinin hücumçusu Kilian Mbappe 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. 65-ci dəqiqədə müdafiəçi Raul Asensio komandanın üstünlüyünü artırıb - 2:0.
Qarşılaşmada qollardan birinin asisti Arda Gülər oyunun ən yaxşısı seçilib.
Hazırda "Real" 48 xalla yarış cədvəlinin ikincisidir. "Levante" isə 14 xalla sondan ikinci - 19-cu pillədə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31