Azərbaycanlı idmançı üç il müddətinə cəzalandırıldı

Azərbaycanlı atıcı Rəna Əsgərova cəzalandırılıb.

Bu barədə  Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Onun nümunəsində qadağan edilmiş maddə (S4.Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin) aşkarlanıb.

Rəna Əsgərova AMADA tərəfindən üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 2025-ci ilin iyulun 16-dan hesablanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31