“Fənərbağça” ən bahalı transferini etməyə hazırlaşır
7 Yanvar 11:17 İdman"Fənərbağça" klubu Matteo Genduzi üçün etdiyi təklifi yüksəldib."Sarı-lacıvərdlilər" fransalı yarımmüdafiəçi üçün "Latsio"ya 28+2 milyon avro təklif edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Rəqəmlər əvvəlki ilə eyni qalıb. Sadəcə ödəmə müddəti tezləşdirilib.Fransalı futbolçu İstanbul nəhənginə transfer olmağa yaxındır.26 yaşlı Genduzi 2023-cü ildən "Latsio"da çıxış edir. O, cari mövsüm 16 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.//Offsideplus.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31