Koxalskinin transfer qiyməti bəlli oldu

"Qarabağ" Mateuş Koxalski üçün qiymət müəyyənləşdirdi

Polşa mətbuatı xəbər yayıb ki, "Qarabağ" klubunun qapıçısı Mateuş Koxalski üçün 7 milyon avro qiymət qoyulub.

Ağdam təmsilçisinin heyətində Çempionlar Liqası oyunlarında çıxışı ilə diqqət çəkən polşalı qolkiperə bir sıra klublar maraq göstərir. Komandanın baş məşqçisi Qurban Qurbanov isə gələn təkliflərdən sonra klub rəhbərliyi ilə Koxalskinin transfer qiymətini müəyyənləşdirib.

Beləliklə, Mateuş Koxalski ilə maraqlanan komandalar onun transferi üçün 7 milyon avro ödəməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31