Füzuli Musayev MN-nin komandasını təhqir edib?

Prosport.az-a istinadən xəbər verir ki, buna səbəb "Xilasedici" komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini söyməsi olub.

Belə ki, hakimlərin "Çelenc"də qərarları "Ordu"nun xeyrinə verməsi F. Musayevi özündən çıxarıb. O, hakimləri söyüb. Daha sonra "bizim meydanımızda oynayırlar, bizə qarşı haqsızlıq olunur" ("Ordu" Hövsandakı FHN-ə məxsus arenada ev oyunlarını keçirir - red.) deyərək rəqib komandanın üzvlərinə təhqirlər yağdırıb. Bu səbəbdən də oyunun supervayzeri olan Zöhrab Gözəlbəyli 2-ci setin sonlarında matçı dayandırmalı olub.

Füzuli Musayevin Müdafiə Nazirliyinə məxsus "Ordu" komandasını təhqir etməsi isə yuxarı dairələrdə ciddi səs-küy yaradıb. Bu səbəbdən də ona FHN rəhbərliyi tərəfindən ciddi töhmətin veriləcəyi gözlənilir. Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə hələ ki yalnız "Xilasedici"yə texniki məğlubiyyət verməklə kifayətlənib.

Qeyd edək ki, F. Musayev həm də Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31