“Ayntraxt” Bakıya azarkeş gətirməyəcək

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Qarabağ"ın qonağı olacaq Almaniyanın "Ayntraxt" klubu Bakıdakı matçda azarkeşsiz qalacaq.Sfera.az xəbər verir ki, buna Frankfurt təmsilçisinin fanatlarının liqa mərhələsinin VI turunun "Barselona" ilə səfər matçı zamanı pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.Nəticədə UEFA kluba avrokubokların növbəti iki səfər görüşündə azarkeş qadağası tətbiq edib. Bundan əlavə, Bundesliqa təmsilçisi 38 000 avro məbləğində cərimələnib.Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu 2026-cı il yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31