Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti, aylıq maaşı,ailəsi...

Son günlər ən çox müzakirə olunan mövzulardan biri də futbolçu Nəriman Axundzadədir.

İdmançı "Qarabağ"ın "Ayaks"la sonuncu oyununda uğursuz çıxışından sonra tənqid atəşinə tutulub.

Sosial şəbəkələrdə bir çoxları açıq şəkildə futbolçunu oynaya bilməməkdə ittiham edirlər.

Bəs,bu qədər müzakirə olunan Nəriman kimdir?

Milli.Az xəbər verir  ki,əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb. 12-13 yaşından isə "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib.

"Xəzər Lənkəran" futbol klubunun yetirməsi olan Nəriman daha sonra "Qarabağ" klubuna qoşulub və digər yaş qruplar üzrə komandalarda da çıxış edib.

Nəriman Axundzadə 2022-23 mövsümünün 12-ci turunda "Qarabağ"ın heyətində "Şamaxı"ya qarşı oyunda 19-cu dəqiqədə Filip Ozobiçi əvəz edərək meydana çıxıb və komandasında debüt edib.

Həmin mövsüm o, komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində rol oynadı.

N. Axundzadə avrokuboklarda ilk qolunu 2023/24 mövsümündə 1/16 final mərhələsində Bakıdakı cavab oyununda Portuqaliyanın "Braqa" klubuna 120+2-ci dəqiqədə vurmaqla komandasının 1/8 finala keçməsini təmin edib. Nəticədə Qarabağ 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib və Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.

Nəriman 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində çıxış edib.O, İslam Həmrəylik Oyunlarında Azərbaycan milli komandasının heyətinə cəlb edilmişdi. O, 19 noyabr 2023-cü ildə UEFA Avro 2024-ün seçmə mərhələsində Belçikaya qarşı uduzduqları oyunda Azərbaycan millisinin heyətində debüt edib.

O,"Qarabağ"da hazırda 7 nömrə ilə çıxış edir.Qeyd edək ki, futbolçu daha əvvəl 90 nömrəli formanı geyinirdi.

Boyu 1.85 m,oyunçu kimi dəyər qiyməti 2 milyon avrodur.Nəriman Axundzadə 2 milyon avro ilə Azərbaycanın ən bahalı oyunçusudur.

Nəriman Axundzadənin aylıq maaşı "Qarabağ"da ilk vaxtlar 1700 AZN olub, lakin yaxşı çıxışından sonra 5000 AZN-ə qaldırılıb, daha sonra isə xarici klubların təkliflərinə görə onun aylıq gəlirinin artırıldığı bildirilir (bəzi xəbərlərdə aylıq maaşının 12.000 AZN-ə qədər çatdığı, ərəblərdən 3 qat artıq təklif aldığı qeyd olunur), lakin dəqiq rəqəm açıqlanmır. (Oxu24.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31