"Qalatasaray"ın son oyunundan sonra "Fənərbagça" bəyanat yaydı
18:51 İdmanTürkiyənin "Fənərbağça" futbol klubu ölkə çempionatının 15-ci turunun matçından sonra hakimlərin ünvanına tənqidlər səsləndirib.
Oxu.Az xəbər verir ki, "Fənərbağça"nın bəyanatı komandanın "X" sosial şəbəkəsindəki hesabında yerləşdirilib.
Sözügedən oyunda "Qalatasaray" 3:2 hesabı ilə "Samsunspor"a qalib gəlib. İstanbullular 90+2-ci dəqiqədə hücumçu Viktor Osimhenin qolu sayəsində irəli çıxıblar.
"Qalatasaray" - "Samsunspor" oyununun son dəqiqələrində tamaşaçıların yaxşı gördükləri penaltini nə meydandakı arbitr, nə VAR sistemi qeydə alıb. Bu isə Türkiyə futbolunun taleyini ciddi sual altında qoyur".
"Biz hər bir məsələdə ədalətli, şəffaf və bərabərhüquqlu yanaşma gözləyirik... Olduqca vacibdir ki, Türkiyə Futbol Federasiyası və onun müvafiq orqanları bu məsələ ilə bağlı təcili açıqlama versin və ictimaiyyətə vəziyyətin şəffaf izahatını təqdim etsinlər. "Fənərbağça" rəqabətin yalnız meydanda özünü göstərəcəyi liqanı yaratmaq üçün əlindən gələni edəcək", - komandanın bəyanatında belə deyilir.