“Qarabağ” bu gün Çempionlar Liqasında “Napoli” ilə qarşılaşacaq
25 Noyabr 2025 10:01 İdmanBu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" növbəti oyununa çıxacaq.
Olaylar.az xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliyanın "Napoli" klubu ilə qarşılaşacaq.
Görüş "Stadio Diego Armando Maradona" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu dekabrın 10-da öz meydanında "Ayaks" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 4 görüşdən sonra yeddi xalla 15-ci pillədə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31