Təbrizin “Traktor” klubu Özbəkistanda qələbə qazanıb
07:15 İdmanAsiya Çempionlar Liqasının "Elita" mərhələsində çıxış edən Təbrizin "Traktor" klubu növbəti oyununu keçirib.
B qrupunda yer alan klub beşinci turda Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşıb. Özbəkistanda keçirilən oyun 1:0 hesabı ilə təbrizlilərin xeyrinə başa çatıb.
Yeganə qolu 17-ci dəqiqədə Regi Luşkiya vurub.
"Traktor" 5 oyundan sonra 11 xalla qrup üçüncüsü mövqeyindədir. İlk iki yerdə Səudiyyə Ərəbistanının "Əl Hilal" və "Əl Əhli" klubları qərarlaşıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31