İdman İslamiada: Güləşçilərimiz gümüş və bürünc medal qazandı

Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Olaylar.az xəbər verir ki, qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) final görüşündə məğlub olaraq yarışın gümüş mükafatına sahib olublar.

68 kq çəki dərəcəsində mübarizə aparan Nigar Mirzəzadə isə bürünc medal uğrunda Banqladeş təmsilçisi Halima Akterlə qarşılaşmalı idi. Rəqib görüşə çıxmadığı üçün idmançımız yarışın bürünc medalına sahib olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31