Deputat AFFA-ya müraciət etdi

"Prezident İlham Əliyev Gəncə şəhər stadionunun qısa müddət içərisində yenidən qurulması üçün sərəncam imzaladı və beynəlxalq standartlara cavab verən bir stadiounun açılışında 3-cü MDB oyunları öncəsi şəxsən iştirak etdi. Belə bir stadionu olan "Kəpəz" PFK ni Premyer Liqa komandaları içərisində sonuncu yerdə görmək şəxsən mənim və "Kəpəz" azarkeşləri üçün ürək ağrısıdı. Bu tribunadan AFFA rəhbərliyinə səslənirəm, komandanın hazırda başında duran adamlar sponsor adı ilə komandaya sahib çıxdılar, nəticədə isə hansısa bir sponsorluqdan söhbət belə getmədi və bu da ilkin nəticələr". "Olaylar" xəbər verir ki, bunu deputat Müşfiq Cəfərli parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Beynəlxalq standartlara cavab verən stadion var, FİFA və UEFA nın dəstəyilə inşa edilmiş akademiya ən yüksək standartlara cavab verir, heç Bakı şəhərində belə bir akademiya mövcud deyil, 3 ədəd məşq üçün stadion və komanda premyer liqada qalmaq uğrunda mübarizə aparır. İnanıram ki, mənim bu çağırışıma AFFA biganə qalmayacaq və mövcud imkanları dəyərləndirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31