Azərbaycan - Fransa oyunu başladı
16 Noyabr 21:03 İdmanDÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakə qarşılaşma saat 21:00-da start götürüb.
Matçı latviyalı Andris Treymanis idarə edir.
D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31