Azərbaycan İslandiyaya qarşı - start heyətlər

DÇ-2026-nın seçmə mərhələsinin bu gün keçiriləcək Azərbaycan - İslandiya matçı üçün heyətlər müəyyənləşib.

Olaylar xəbər verir ki, saat 21:00-da başlanacaq görüşə komandalar aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Rüfət Abbasov, Emin Mahmudov (k), Abdulla Xeybulayev, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə.

Ehtiyat heyət: Rza Cəfərov, Səlahət Ağayev, Rəhman Daşdəmirov, Səbuhi Abdullazadə, Renat Dadaşov, Bədavi Hüseynov, Coşqun Nuriyev, Rüfət Abdullazadə, Qismət Alıyev, Cəlal Hüseynov, Anatoli Nuriyev.

İslandiya: Oulaffson, Ellertssson, Qretarsson, İnqason, Pallson, Qvyudmyundsson, Youhanesson, Haraldsson (k), Qvyudmyundsson, Hlinsson, A.Qudyonsen.

Ehtiyat heyət: Valdimarsson, Eynarsson, Q.Tordarson, Totsteynsson, Villümsson, S.Tordarson, Qunnarsson, Baldürsson, Byarkason, D.Qudyonsen, Maqnusen.

-----------

Bu gün Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Olaylar xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 5-ci turda İslandiya ilə üz-üzə gələcək. Qarşılaşma saat 21:00-da "Neftçi Arena"da başlayacaq.

Milli komandamızın üzvü Elvin Cəfərquliyev yüksək hərarət səbəbindən bu görüşdə iştirak etməyəcək. Həmçinin, kapitan Emin Mahmudovun da oyunu buraxma ehtimalı var.

Azərbaycan yığması bu rəqiblə sonuncu dəfə sentyabrın 5-də üz-üzə gəlib və həmin görüşdə Fernandu Santuşun rəhbərliyi altında 0:5 hesabı ilə məğlub olub.

Millimiz bu vaxta qədər qrup oyunlarında Ukrayna ilə 1:1 hesablı heç-heçə edib, eyni rəqibə 1:2 hesabı ilə uduzub və Fransaya 0:3 hesabı ilə məğlub olub.

D qrupunun digər qarşılaşmasında Fransa Ukrayna ilə üz-üzə gələcək (saat 23:45).

Hazırda turnir cədvəlində Fransa 10 xalla birincidir, Ukrayna 7 xalla ikinci, İslandiya 4 xalla üçüncü, Azərbaycan isə 1 xalla sonuncu - dördüncü yerdədir.

Qeyd edək ki, millimiz növbəti matçını noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransaya qarşı keçirəcək. Oyun saat 21:00-da başlanacaq.

DÇ-2026, seçmə mərhələ - 5-ci tur
13 noyabr
D qrupu
21:00 - Azərbaycan - İslandiya
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)
VAR: Momçilo Markoviç (Serbiya)
AVAR: Aleksandar Jivkoviç (Serbiya)
Məkan: "Neftçi Arena"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31