Zaqreb Qran-Prisində cüdoçularımızın ilk rəqibləri məlum olub

Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.

Olaylar Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub.

Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 48 ölkədən 370 cüdoçu iştirak edəcək.

Zaqreb Qran-Prisinin təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 14:00-dan, final blokunu isə 20:00-dan etibarən canlı olaraq JudoTV-dən izləyə bilərsiniz.

Kişilər

-60 kq, 1/16 final

Murad Muradlı - Qal Blaziç (Sloveniya)

-60 kq, 1/8 final

Hüseyn Allahyarov - Marton Andrasi (Macarıstan)

-66 kq, 1/16 final

İslam Rəhimov - Xoakin Tovalyari (Argentina)

Nazir Talıbov - Alexandro Moral Navarro (İspaniya)

-73 kq, 1/32 final

İbrahim Əliyev - İtan Nern (Böyük Britaniya)

Rüfət Şövlətov - Aron Sabo (Macarıstan)

-81 kq, 1/16 final

Vüsal Qələndərzadə - Dominik Rodriqez (ABŞ)

-90 kq, 1/16 final

Aslan Kotsoyev - Aleks Kret (Rumıniya)

Vüqar Talıbov - Yosip Buliç (Xorvatiya)

-100 kq, 1/16 final

Əjdər Bağırov - Nikola Pavlovski (Şimali Makedoniya)

+100 kq, 1/8 final

Camal Qamzatxanov - Con Messe A Bessonq (Kanada) / Mustafa Fofana (Qvineya) cütünün qalibi ilə

Kənan Nəsibov - Gela Zaalişvili (Gürcüstan)

Qadınlar

-48 kq, 1/8 final

Könül Əliyeva - Nevena Miliç (Serbiya)

-52 kq, 1/16 final

Gültac Məmmədəliyeva - Qabriela Dimitrova (Bolqarıstan)

-52 kq, 1/8 final

Aydan Vəliyeva - Maşa Slavineç (Sloveniya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31