“Qarabağ” Azərbaycan derbisində qələbə qazandı
20:43 İdmanMisli Premyer Liqasının XI turunda keçirilən Azərbaycan derbisində "Qarabağ" öz meydanında "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.
Ağdam klubu üçün qolları Toral Bayramov (50-pen) və Kamilo Duran (84) vurub.
Bu nəticədən sonra "Qarabağ" 23 xalla turnir cədvəlinin lideri olaraq qalır, "Neftçi" isə 15 xalla yeddinci pillədə qərarlaşıb.
Tur çərçivəsində digər qarşılaşmalarda isə "Şamaxı" "İmişli"ni 1:0, "Sumqayıt" "Qəbələ"ni 2:0, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1, "Sabah" isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. "Zirə" və "Turan Tovuz" arasında görüşdə isə qalib müəyyənləşməyib - 0:0.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31