Qardaşlıq və həyəcan- Azərbaycan-Türkiyə qardaşlıq görüşü
16:04 İdmanBakl İdman sarayında Azərbaycan Milli Basketbol Komandası Türkiyənin Nəsibə Aydın Super Liqa A-Komandasını qəbul edib.
Media25 xəbər verir ki, Azərbaycanın əlamətdar Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan dostluq oyunu idman həyəcanı ilə bərəbər, birlik və dostluq mesajları ilə yadda qalıb.
"Hədəf liseyi Stars Campusun" tərəfdaşlığı ilə baş tutan görüşdə qonaq komanda qardaşlıq simvolu olaraq, "Hədəf Stars" forması ilə meydana çıxıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 93-89 hesabı ilə qardaş Türkiyə komandasının qələbəsi ilə yekunlaşıb.
Oyunun sonunda Türkiyə komandasının rəhbərliyi tərəfindən Azərbaycan Basketbol Milli Komandasının rəhbərliyinə xüsusi təqdimat olub. Nəsibə Aydın Basketbol Komandasının Prezidenti Mirkan Aydın Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqə xatirə plaketi və komandanın forması təqdim edib.













