Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
8 Noyabr 21:52 İdmanAzərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, o, finalda özbəkistanlı Şakram Ahadovla qarşılaşıb.
Rəqibini məğlub edən Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, H.Heydərov 2017-ci ildə Bakıda təşkil edilən İslamiadanın da qalibi olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31