“Qarabağ” “Çelsi” ilə möhtəşəm oyun göstərdi – Bakıda bərabərlik
06:59 İdmanUEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ" doğma meydanda İngiltərənin "Çelsi" klubu ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç gərgin və maraqlı mübarizə şəraitində keçib və 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Görüşün 17-ci dəqiqəsində londonlular Estevan Villianın qolu ilə hesabı açıblar. Lakin "Qarabağ" azarkeşlərin dəstəyi ilə oyuna dönüş edib: 29-cu dəqiqədə Leandro Andrade fərqlənərək hesabı bərabərləşdirib, 39-cu dəqiqədə isə Marko Yankoviç penalti zərbəsini dəqiq yerinə yetirib - 2:1.
İkinci hissədə "Çelsi" məğlubiyyətdən xilas olub. 53-cü dəqiqədə Alexandro Qarnaço hədəfi dəqiq taparaq yekun nəticəni müəyyənləşdirib - 2:2.
Bu nəticə ilə Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ" Liqa mərhələsindəki xal sayını 7-ə çatdırıb.
Qeyd edək ki, "Qarabağ" növbəti turda - noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" klubu ilə qarşılaşacaq.