“Qarabağ” “Çelsi”yə qarşı - Start heyətlər
20:45 İdmanKomandaların start heyətləri açıqlanıb.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Çelsi": Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia.
---------
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
Olaylar.az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Görüşün baş hakimi Sebastian Gishamer olacaq. Ona Roland Riedel və Santino Schreiner kömək edəcəklər. Dördüncü hakim Valter Altmann, VAR-da hakimi Manuel Schuettengruber, AVAR-da isə Josef Spurny olacaq.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Atlılar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.