“Qarabağ” Bakıda “Çelsi”ni qəbul edəcək

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Olaylar.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda "Çelsi"ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sebastyan Qishamer, onun köməkçiləri Roland Ridel və Santino Şrayner olacaqlar. Dördüncü hakim funksiyasını isə Valter Altmann yerinə yetirəcək.

Qeyd edək ki, ilk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Turnir cədvəlində "Qarabağ" 13-cü, "Çelsi" isə 11-ci pillədə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31