Bu gün Premyer Liqanın daha 3 oyunu start götürəcək
1 Noyabr 10:03 İdmanBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha iki qarşılaşması baş tutacaq.
Günün ilk oyununda "Karvan-Yevlax" "Zirə"ni qəbul edəcək.
Saat 14:00-da başlayacaq matç Şamaxı Şəhər Stadionunda oynanılacaq.
Daha sonra "Neftçi" doğma azarkeşlər önündə "Kəpəz"i sınağa çəkəcək.
"Palms Sports Arena"da baş tutacaq görüş saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Zirə" 16 xalla üçüncü, "Neftçi" 12 xalla səkkizinci, "Karvan-Yevlax" 5 xalla onbirinci, "Kəpəz" isə 3 xalla sonuncu - onikinci sırada qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31