Qurbanov futbolçuları cərimələyib? – Rəsmi
11:40 İdman"Qarabağ"ın futbolçularının oktyabr ayı üçün nəzərdə tutulan maaşlarının kəsiləcəyi ilə bağlı xəbərlər yayılıb.
İddialara görə, komandanın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsində "Atletik"ə məğlubiyyətdən sonra belə bir qərar qəbul edib.
Olaylar.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məsələ ilə bağlı Teleqraf-a açıqlamasında yayılan xəbərlərin doğru olmadığını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31