Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı
19:28 İdmanUEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Olaylar xəbər verir ki, "Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopes həftənin ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda Feliks Nmeça ("Borussiya", Dortmund), Qorka Quruseta ("Atletik") və Dennis Manı (PSV) qabaqlayıb.
Qeyd edək ki, Fermin Lopes "Barselona"nın "Olimpiakos"u 6:1 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31