“Qarabağ”ın matçında bağışlanmaz xəta – Təcili UEFA-ya müraciət etməliyik!

Dünən baş tutan "Atletik Bilbao" - "Qarabağmatçında erməni təxribatı baş verib. Belə ki, bəzi ermənilər tribunada keçmiş qondarma rejimin "bayrağı"nı qaldırıblar. Həmçinin Azərbaycanın guya etnik təmizləmə apardığı iddiasını əks etdirən uydurma plakatlar açılıb. Bildirilir ki, "Atletik" klubu da buna mane olmayaraq, böyük səhvə yol verib. 

Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi davam etdiyi bir vaxtda bu cür təxribatı necə qiymətləndirmək olar? Azərbaycan bu hadisəyə qarşı hansı addımları ata bilər?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, sözügedən təxribatlar idman hadisəsinin çərçivəsindən kənara çıxması deməkdir:

"Bu addım Ermənistanın bəzi qüvvələrinin və erməni lobbi dairələrinin məqsədyönlü şəkildə Azərbaycan əleyhinə təbliğat aparmaq cəhdinin növbəti nümunəsidir.

Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları və münasibətlərin normallaşması prosesi davam edir. Belə bir mərhələdə bu cür təxribatlar məhz həmin prosesə kölgə salmaq, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaq və emosional gərginlik yaratmaq məqsədi daşıyır.

elman telmanoglu politoloq 1 900x621 1

Elman Telmanoğlu

Bu təxribatı ciddiyə almaq lazımdırmı? Bəli, ciddiyə almaq vacibdir, lakin emosional yox, diplomatik müstəvidə. Çünki bu hadisə beynəlxalq arenada aparılan informasiya müharibəsinin tərkib hissəsidir. Azərbaycanın rəsmi qurumları, xüsusilə Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də AFFA bu məsələyə operativ reaksiya verməli, həm UEFA-ya, həm də "Atletik Bilbao" klubunun rəhbərliyinə rəsmi etiraz məktubu göndərməlidirlər.

Nəticə etibarilə, bu hadisə təkcə "tribunada açılan bayraq" məsələsi deyil, siyasi məqsəd daşıyan planlı təxribatdır. Azərbaycanın cavabı isə təmkinli, hüquqi və diplomatik əsaslı olmalıdır. Dövlətimizin maraqları və beynəlxalq imici hər zaman emosiyalardan üstün tutulmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31