“Real” Mark Quehini transfer etmək istəyir

"Real" "Kristal Pelas"ın müdafiəçisi Mark Quehini transfer etmək istəyir.

Olaylar xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Madrid təmsilçisi 25 yaşlı müdafiəçini komandaya cəlb etmək üçün İngiltərə klubuna təxminən 30 milyon avro təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Quehinin klubu ilə mövcud müqaviləsi mövsümün sonunda başa çatacaq. Lakin "Real" bu zamana qədər gözləmək niyyətində deyil.

Xatırladaq ki, müdafiəçi cari mövsümdə 13 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31