İspaniyada “Qarabağ”la bağlı TƏXRİBAT: Klubdan AÇIQLAMA

"Qarabağ" - "Atletik" matçı öncəsi Bilbao şəhərində Azərbaycan çempionuna aid təxribat xarakterli müxtəlif yazılar və simvollarla bağlı xəbər vermişdik.

"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məsələ ilə bağlı İdman.Biz-ə açıqlama verib.

Onun sözlərinə görə, bununla bağlı dərhal "Atletik Bilbao" klubunun rəhbərliyinə məlumat verilib, onlar isə məsələnin araşdırılması üçün yerli polis orqanlarını məlumatlandırıblar: "Qarabağ" Futbol Klubu idman yarışlarının sülh, dostluq və hörmət prinsipləri üzərində qurulduğuna inanır və bu prinsipləri pozan hər hansı təxribatın yolverilməz olduğunu bildirir. Komandamız diqqətini yalnız qarşıdakı oyuna yönəldib və idman meydanında ölkəmizi layiqincə təmsil etməyə davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31