Türkiyə millisinin üzvü İtaliyada qalacaq
20 Oktyabr 20:29 İdman"Roma" mövsümün sonunda klubla müqaviləsi başa çatan Zeki Çelik ilə bağlı qərar verib.
Olaylar KİV-ə istinadən xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli futbolçunu komandada saxlayacaq.
Yaxın günlərdə Çelik ilə yeni müqavilə imzalanacaq. 28 yaşlı sağ cinah müdafiəçisinin 1,7 milyon avro olan maaşı 2 milyon avroya yüksəldiləcək.
Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31