Yamala göstəriş verildi - daha bunu etməyəcək

Barcelonanın gənc ulduzu Lamin Yamal, yeni ticari razılaşma səbəbilə artıq azarkeşlərə forma imzalamayacaq. O, yalnız foto çəkdirməyə davam edəcək.

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, cəmi 17 yaşında olmasına baxmayaraq dünya brendlərinin diqqət mərkəzində olan Yamal, məşhur idmançılara məxsus imzalı məhsullar satan bir internet saytı ilə razılıq mərhələsindədir.

Bu səbəbdən, ulduz futbolçunun menecerlik şirkəti ona təhlükəsizlik və ticari səbəblərlə azarkeşlərə birbaşa imza atmama göstərişi verib.

İmza istəyənlər yalnız xüsusi veb-sayt vasitəsilə pullu şəkildə əldə edə biləcək.

Barcelona klubunun da məhdud sayda rəsmi imzalı məhsul satışı üçün bu şirkətlə danışıqlar apardığı bildirilir.

Bu sistem NBA ulduzları arasında geniş yayılıb. Barcelona rəhbərliyi, LeBron James kimi adların imza siyasətini nümunə götürdüklərini açıqlayıb. Razılaşma hələ tam rəsmiləşməsə də, tərəflərin razılaşmaya çox yaxın olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31