"Qarabağ"ı tərk etmək istəyir, axtarışa başladı
08:12 İdmanFabiyan Buntiç qış fasiləsində "Qarabağ"ı tərk edə bilər.
Sportinfo xəbər verir ki, xorvatiyalı qapıçı menecerlər vasitəsilə Avropada klub axtarışına çıxıb.
2024-cü ilin yayında Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalamış balkanlı daim ehtiyatda qalmasından narazıdır. Kiper yanvarda onu icarəyə götürə biləcək komanda ilə anlaşmağa səy göstərir. Bir neçə variantı artıq var.
Qurban Qurbanov ötən mövsüm ona az-çox şans tanıyırdı. Bu sezon hələlik belə imkan yaxalamayıb.
Mateuş Koxalski avrokuboklarda əla təsir bağışlayır. Premyer Liqada isə bir çox hallarda Şahruddin Məhəmmədəliyevi "çərçivə" önünə keçən görürük.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31