Mbappe Azərbaycanla matçda oynayacaq

Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində sabah Parisdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçda oynamaq istəyir.

Olaylar.az qafqazinfo-ya istinadla xəbər verir ki, "Real"da çıxış edən 27 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib.

"Azərbaycana qarşı görüş İslandiya ilə matçdan az önəmli deyil. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bu hədəfə çatana kimi mübarizə aparmalıyıq. Azərbaycanla oyuna ciddi yanaşıb qələbə qazanmalıyıq. Mən sabah oynamaq istəyirəm. Baş məşqçimiz Didye Deşam da bunun əleyhinə deyil. Ciddi problem olacağını düşünmürəm, özümü yaxşı hiss edirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-u Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31