“Rəqibin komandasında “Qarabağ”ın 7 futbolçusu var”
9 Oktyabr 18:40 İdman"Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Bu da var ki, rəqibin heyətində Çempionlar Liqasında uğurlu start götürən "Qarabağ"ın 7 futbolçusu yer alıb".
Olaylar xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.
O, bildirib ki, rəqiblərinə hörmət edirlər: "Meydana 100 faiz qələbə qazanacağıq düşüncəsi ilə çıxmamalıyıq. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdir. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar.
Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik. Çünki meydanda hər şey əleyhimizə dəyişə bilər".
Qeyd edək ki, Fransa - Azərbaycan görüşü oktyabrın 10-da "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.