Azərbaycan III MDB Oyunlarını 184 medalla başa vurub
18:01 İdmanAzərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub.
Son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında Azərbaycan təmsilçiləri 6 medal qazanıblar.
Bununla da Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır.
Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb.
Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31