Arda Turan "Qarabağ"ın futbolçusunu yanına gətirmək istəyir
16:58 İdman"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını ölkə xaricində davam etdirə bilər.
Arda Turanın çalışdırdığı "Şaxtyor" onu transfer etməkdə maraqlıdır.
A. Turan 24 yaşlı futbolçuda böyük potensial olduğunu düşünür.
O, Toralı hələ "Eyüpspor"u çalışdırarkən transfer etmək istəyirdi.
Toral son zamanlar "Qarabağ"da əsas heyətə düşməkdə çətinlik çəkir. O, satınalma hüququ ilə birlikdə icarə əsasında Donetsk təmsilçisinə keçə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31