MDB Oyunları: Azərbaycanın daha bir yunan-Roma güləşçisi qızıl medal qazanıb

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

Olaylar xəbər verir ki, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Əli Nəzərov (51 kiloqram) finalda rusiyalı İvan Kozlov ilə qarşılaşıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız qızıl əldə edib.

Daha əvvəl Elşad Abbasov (51 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram ) gümüş, Hikmət Haqverdiyev isə (55 kiloqram ) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31