Millimiz Fransa ilə oyunun hazırlıqlarına başlayıb

Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.

AFFA-dan verilən məlumata görə, A millimiz dünən "Liv Bona Dea Arena"da ilk məşqinə çıxıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığması ilə, 13-də isə Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31