PSJ-nin futbolçusu "Mançester Siti" və "Arsenal"ın hədəfində

PSJ-nin yarımmüdafiəçisi Uorren Zayre-Emeri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Olaylar xəbər verir ki, "Arsenal" fransalı futbolçunu transfer etmək istəyir.

Bu barədə "CaughtOffside" məlumat yayıb.

London klubu Zayre-Emeri üçün yanvar ayında təklif göndərməyi planlaşdırır. Klubu 19 yaşlı oyunçuya 80 milyon avro qiymət qoyub.

"Mançester Siti" də gənc futbolçuya maraq göstərir.

Qeyd edək ki, Uorren Zayre-Emeri PSJ-nin yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31