DİN: III MDB Oyunlarının Mingəçevirdə keçirilən yarışları təhlükəsizlik şəraitində yekunlaşıb

III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçirilən yarışlar bu gün təhlükəsiz şəraitdə başa çatıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin müddət ərzində DİN-in əməkdaşları tərəfindən ictimai asayişin qorunması və hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması istiqamətində fasiləsiz xidmət təşkil olunub. Polisə edilən müraciətlərə operativ reaksiya verilib, həmçinin idmançıların, şəhərə gələn qonaqların və sakinlərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31