MDB Oyunları: Azərbaycanın oğlan basketbolçulardan ibarət millisi 3-cü yer uğrunda mübarizə aparacaq
18:02 İdmanAzərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.
AZƏRTAC xəbər verir ki, oğlanların mübarizəsində Azərbaycan millisi yarımfinalda Belarusla qarşılaşıb. Görüş yığmamızın 13:16 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Azərbaycan millisi 3-cü yer uğrunda görüşdə Özbəkistan seçməsi ilə üz-üzə gələcək. Matç saat 18:10-da start götürəcək.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31