III MDB Oyunları: Azərbaycan avarçəkənləri yarışı dörd medalla başa vurdular
14:12 İdmanBu gün Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində avarçəkmə yarışlarına yekun vurulub.
Olaylar.az verir ki, iki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycan avar çəkənləri ümumilikdə dörd medal qazanıblar. Əlimurad Hacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov iki bürünc medal qazanıb. İvan Vorobjanski və Hüseyn Həsənovdan ibarət duet də üçüncü yeri tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31