III MDB Oyunları: Azərbaycan gimnastları sinxron proqramda iki bürünc medal qazandı
17:29 İdmanIII MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar davam edir.
Azərbaycan gimnastları Selcan Mahsudova və Şəfiqə Hümbətova sinxron yarışda üçüncü olub.
Belarus birinci, Rusiya isə ikinci yeri tutub.
Bundan başqa, Maqsud Mahsudov və Hüseyn Abbasov oğlanların sinxron proqramında üçüncü olublar.
Qeyd edək ki, bununla da batut gimnastikası yarışlarına yekun vurulub. Azərbaycan gimnastları yarışı 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31