Çempionlar Liqası: “Qarabağ” “Kopenhagen”lə oyunda hesabı açıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" - "Kopenhagen" oyununda ilk qol vurulub.

Olaylar xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı açıb.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

XXX

20:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu başlayıb.

Olaylar xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31