Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazandı
19:54 İdmanAzərbaycanın stolüstü tennisçiləri III MDB Oyunları çərçivəsində gümüş medal qazanıblar.
Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komanda oğlanların qoşa yarışında finalda Rusiya ilə qarşılaşıb.
Həlledici görüşdə rusiyalı İvan Zaytsau - Aleksey Rabuşka cütü ilə qarşılaşan Azərbaycan idmançıları 0:3 hesabı ilə uduzublar.
Qızların qoşa yarışlarının həlledici görüşündə isə Rusiya millisi Belarusu 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.//Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31