Tarixi qələbə “Qarabağ”a MİLYONLAR QAZANDIRDI
10:18 İdmanÇempionlar Liqasının əsas mərhələsinin ilk turunda möhtəşəm qələbə qazanan "Qarabağ" böyük bonus əldə edib.
Səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edən Ağdam klubu 3 xaldan savayı 2,1 milyon avro (4,24 milyon manat) qazanıb.
Bu, UEFA-nın qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində qazanılan hər qələbəyə görə verilən mükafatdır. Heç-heçə halında komandalara 700 min avro (1,42 milyon manat) ödənilir. (Publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31